“Napoli” gənc yarımmüdafiəçi Antonio Verqara ilə uzunmüddətli yeni müqavilə imzalamağa hazırlaşır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.
Məlumata görə, tərəflər arasında danışıqlar yekun mərhələyə çatıb və 23 yaşlı futbolçunun yaxın günlərdə 2034-cü ilə qədər nəzərdə tutulan yeni sözləşməyə imza atacağı gözlənilir.
Bildirilir ki, yeni müqavilə çərçivəsində Verqaranın maaşında ciddi artım nəzərdə tutulur.
Qeyd olunur ki, “Napoli” rəhbərliyi futbolçunu komandada saxlamaq qərarındadır və daha əvvəl onunla bağlı digər klublardan gələn təxminən 30 milyon avroluq təklifləri rədd edib.
Məlumata əsasən, Antonio Verqara 2025/26 mövsümündə indiyədək bütün turnirlərdə 19 oyunda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.