İtaliyanın "Inter" klubundan ayrılan təcrübəli qapıçı Yann Sommer karyerasını İngiltərədə davam etdirmək variantını nəzərdən keçirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı isveçrəli qolkiperə "Arsenal" klubu ciddi maraq göstərir.
London təmsilçisi heyətini gücləndirmək və qapı xəttində rəqabəti artırmaq niyyətindədir.
Mənbənin bildirdiyinə görə, "Arsenal" rəhbərliyi Zommeri əsas qapıçı David Rayanın ehtiyat oyunçusu kimi görmək istəyir.
Təcrübəli qapıçının komandaya cəlb edilməsi, xüsusilə sıx qrafikdə rotasiya imkanlarını genişləndirə bilər.
Yann Sommer ötən mövsüm "Inter"in heyətində uğurlu çıxışı ilə yadda qalıb. O, İtaliya çempionatında 33 matçda meydana çıxaraq 31 qol buraxıb. Qeyd etmək lazımdır ki, isveçrəli qolkiper bu oyunların 15-də qapısını toxunulmaz saxlamağı bacarıb.