Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yaşıllıqların kəsilməsi ilə bağlı yalan məlumat yayanlara cərimə tətbiq olunacaq

1 dəq
Paylaş:
Yaşıllıqların kəsilməsi ilə bağlı yalan məlumat yayanlara cərimə tətbiq olunacaq

Azərbaycanda yaşıllıqların qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və cəzaların sərtləşdirilməsi istiqamətində addımlar atılır. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, İnzibati Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur.

Layihəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi ilə bağlı yalan və ya təhrif olunmuş məlumatların təqdim edilməsi məsuliyyət yaradacaq. Bu halda nəzərdə tutulan cərimə məbləğləri aşağıdakı kimidir:

  • Fiziki şəxslər: 500 manat
  • Vəzifəli şəxslər: 3 000 manat
  • Hüquqi şəxslər: 5 000 manat

Qeyd edək ki, sözügedən dəyişiklik layihəsi parlamentin mayın 26-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax