Prezident İlham Əliyev özünün "X" sosial şəbəkə hesabında Ümumdünya Şəhər Forumunun (WUF13) yekunları ilə bağlı paylaşım edib. Dövlət başçısı bildirib ki, forum çərçivəsində aparılan geniş və əhatəli müzakirələr iki əsas sənədin qəbulu ilə nəticələnib.
Paylaşımda qeyd olunub ki, WUF13 təxminən 60 min nəfərlik rekord iştirakçı sayı ilə indiyədək keçirilmiş ən böyük Ümumdünya Şəhər Forumu olaraq tarixə düşüb. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlər Seqmentinin qlobal şəhər gündəliyinə əhəmiyyətli siyasi təkan verdiyi vurğulanıb.
Forumun yekununda qəbul olunan sənədlər aşağıdakılardır:
- Sədrin Xülasəsi
- Bakı Fəaliyyət Çağırışı