Azərbaycanın urbisid, kultursid və ekosid faktları ilə üzləşmiş bir ölkə kimi Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa prosesi davam edir. Hazırda bölgədə 9 şəhər və yüzlərlə kənd sıfırdan yenidən inşa olunur.
Bu barədə Prezident İlham Əliyevin rəsmi "X" sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşımda qeyd olunub ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən müzakirələr "Sədrin Xülasəsi" və "Bakı Fəaliyyət Çağırışı" kimi iki əhəmiyyətli sənədin qəbulu ilə başa çatıb.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın münaqişədən sonrakı yenidənqurma təcrübəsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi və digər ölkələr üçün nümunə kimi göstərilməsi qürurvericidir.