Prezident İlham Əliyev kənd təsərrüfatı sahəsindəki mövcud vəziyyətə həsr edilmiş müşavirədə çıxış edərkən bildirib ki, hazırda su anbarlarında toplanan ehtiyatlar cari ildə kənd təsərrüfatı sahəsində su çatışmazlığı probleminin yaşanmayacağına zəmanət verir.
Dövlət başçısı may ayında Bakıda müşahidə olunan intensiv yağışlara toxunaraq, bu cür təbiət hadisəsini xatırlamadığını qeyd edib: "Məndən yaşlı olan insanlar da, yəqin ki, xatırlamır. Artıq bu, əfsuslar olsun ki, bəzən fəsadlar törədir. Amma digər tərəfdən, bizim su ehtiyatlarımızı da böyük dərəcədə artırır və bu gün anbarlarda yığılan su bizə imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın".