Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda aşağıdakı fikirlər yer alıb:
"Hörmətli İlham Heydər oğlu,
Sizi və dost Azərbaycan xalqını ölkənizin milli bayramı münasibətilə tacik xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Biz etibarlı tərəfdaşımızın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətləri, eləcə də beynəlxalq arenada nüfuzunun artmasını böyük məmnuniyyətlə izləyirik. Ölkələrimiz arasında tarixi dostluq və qarşılıqlı anlaşma ənənələrinə söykənən strateji tərəfdaşlığın davamlı inkişafı xüsusi əhəmiyyət kəsb edir.
Əminəm ki, birgə səylərimiz nəticəsində konstruktiv əməkdaşlığımız daha da möhkəmlənəcək və xalqlarımızın mənafelərinə uyğun olaraq çoxşaxəli fəaliyyətimiz dinamik şəkildə inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə firavanlıq, əmin-amanlıq və tərəqqi arzulayıram".