Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində estafetin ötürülməsi mərasimi keçirilib. Tədbirin bağlanış mərasimində növbəti forumun ev sahibliyi Meksikanın paytaxtı Mexiko şəhərinə həvalə edilib.
Mərasim zamanı Mexiko şəhərinin videotəqdimatı nümayiş olunub. Qeyd edək ki, WUF14 2028-ci ildə məhz Meksikanın paytaxtında baş tutacaq.