Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutan 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib. Prezident İlham Əliyevin təsdiq etdiyi sənədə əsasən, ölkədə aqrar informasiya-məsləhət sisteminin formalaşdırılması nəzərdə tutulur.
Proqramın əsas hədəfləri aşağıdakılardır:
- Aqroekoloji məlumatlar əsasında regionlarda müxtəlif məhsullar üzrə ixtisaslaşmanın təmin edilməsi;
- Fermerlərin müvafiq sahələr üzrə maarifləndirilməsi;
- Orqanik kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı təbliğat və məlumatlandırma işlərinin aparılması.