Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir Tehrana rəsmi səfəri zamanı İranın yüksək vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirib. “Fars” agentliyinə istinadən yayılan məlumata görə, səfərin əsas məqsədi İranla ABŞ arasında razılığın əldə olunması üçün Pakistanın vasitəçilik rolunu gücləndirmək olub.
Asim Munir səfər çərçivəsində aşağıdakı rəsmi şəxslərlə bir araya gəlib:
- İran Prezidenti Məsud Pezeşkian;
- Parlament sədri və İranın ABŞ ilə danışıqlar üzrə rəhbəri Məhəmməd Baqer Qalibaf;
- Xarici işlər naziri Seyid Abbas Əraqçi.
Danışıqlar zamanı tərəflər sülh prosesinin detallarını nəzərdən keçiriblər. Xarici işlər naziri Abbas Əraqçi ilə keçirilən görüşdə isə regionda gərginliyin azaldılması, İrana qarşı müharibə təhlükəsinin aradan qaldırılması, eləcə də Qərbi Asiyada sabitliyin və təhlükəsizliyin təmin olunması yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.