Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana dövlət səfərinə hazırlaşır. "Operativ Məlumat Mərkəzi-OMM"-in Akordaya istinadən verdiyi məlumata görə, səfər mayın 27-dən 29-dək baş tutacaq.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə reallaşacaq səfər çərçivəsində tərəflər Rusiya və Qazaxıstan arasında mövcud strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin inkişaf perspektivlərini müzakirə edəcəklər.
Səfər proqramına əsasən, aşağıdakı tədbirlərin keçirilməsi nəzərdə tutulub:
- Mayın 28-də: Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin rəhbərlərinin iştirakı ilə Avrasiya İqtisadi Forumu.
- Mayın 29-da: Ali Avrasiya İqtisadi Şurasının iclası.