Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini Amina Məhəmməd Bakı şəhərinin müzakirələr üçün əlverişli bir məkan olduğunu bildirib. Bu barədə o, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində çıxışı zamanı qeyd edib.
Amina Məhəmməd tədbirin uğurla başa çatmasında əməyi olan tərəflərə minnətdarlığını ifadə edib: “Bu sessiyanın uğur qazanmasında mühüm rol oynayan sarsılmaz fədakarlıqlarına və peşəkarlıqlarına görə Azərbaycan heyətinə, eləcə də BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) ən dərin təşəkkürümü bildirmək istəyirəm”.