Bu gün Türkiyənin İstanbul da daxil olmaqla, 25 vilayətində rekord istilər müşahidə olunacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” "Haber Global"a istinadən xəbər verir ki, bu barədə ölkənin Meteoroloji Baş İdarəsi xəbərdarlıq edib.
İdarənin məlumatına görə, bəzi yerlərdə hava şəraiti yağıntılı olacaq:
"Fasilələrlə leysan yağacaq, şimşək çaxacaq. Yağışın Samsun və Sinopun daxili hissələrində güclü olması gözlənilir. Bu səbəbdən həmin ərazilərdə daşqın və torpaq sürüşməsi riski var".