Operativ Məlumat Mərkəzi

Sənaye və dağ-mədən işlərində qayda pozuntularına görə 15 vəzifəli şəxs cərimələnib

2 dəq
Paylaş:
Sənaye və dağ-mədən işlərində qayda pozuntularına görə 15 vəzifəli şəxs cərimələnib

Sənayedə və dağ-mədən işlərində müayinələr zamanı müəyyən edilmiş 16 qayda pozuntusunda inzibati xətanın əlamətləri aşkar olunduğu üçün 1 və 15 vəzifəli şəxsə qarşı inzibati xəta haqqında protokol tərtib edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN-in 2023-cü ilin birinci rüb ərzində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinə dair hesabatında bildirilib.

Qeyd olunub ki, hesabat dövrü ərzində təhlükə potensiallı obyektlərdə olunan 1894 və avadanlıq üzrə keçirilmiş texniki ekspertizalarının rəyləri təsdiq olunub və həmin qurğu və avadanlıqlar texniki təhlükəsizlik serifikatları ilə təmin edilib.

Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış 18 təhlükə potensiallı obyektin texniki təhlükəsizlik bəyannamələri üzrə keçirilmiş texniki təhlükəsizlik ekspertizalarının rəyləri müvafiq qaydada Agentlik tərəfindən təsdiq edilib

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax