Operativ Məlumat Mərkəzi

Səhiyyə Nazirliyi əhaliyə müraciət edib - 03.06.2025

2 dəq
Paylaş:
Səhiyyə Nazirliyi əhaliyə müraciət edib - 03.06.2025

Havaların qeyri-sabit keçməsi səbəbindən xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə müraciət edib.

Müraciətdə bildirilib ki, kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə edin, əl gigiyenasına ciddi riayət edin, gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara verin, geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın.

Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax