Əsas məzmuna keç

Samuxun 4 kəndinin elektrik təsərrüfatı yenilənib

Samuxun 4 kəndinin elektrik təsərrüfatı yenilənib

rayonun Seyidlər, Qədili, Sarıqamış və Sərkar kəndlərində 0.4 və 10 kV-luq şəbəkələrin yenidənqurulması və bərpa işləri tam yekunlaşıb. Həmin kəndlərdə...

” ASC Samux şəbəkəsinin ərazisində yerləşən 4 kəndin elektrik təsərrüfatını yeniləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rayonun Seyidlər, Qədili, Sarıqamış və Sərkar kəndlərində 0.4 və 10 kV-luq şəbəkələrin yenidənqurulması və bərpa işləri tam yekunlaşıb.

Həmin kəndlərdə köhnə, açıq naqillər müasir izolyasiyalı naqillərlə əvəzlənib. Həmçinin, 0.4 kV-luq dayaqlar tamamilə yenilənib. Kəndlərdə yeni sayğaclar, 20 ədəd yeni müasir tipli komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb. Hazırda rayonun Alıuşağı kəndində yenidənqurma işləri davam edir.

Samux rayonunun və kəndlərinin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə Samux Elektrik şəbəkəsinin xidməti ərazisində 110/35/10 kV-luq istilik yarımstansiyası tam yenidən qurulub istifadəyə verilib. Həmçinin, 35/10 kV-luq Alıuşağı yarımstansiyasında da yenidənqurma işləri başa çatıb.

Yenidənqurma işləri nəticəsində ümumilikdə, 4 kənddə 2 min abonent dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunur. İnvestisiya layihəsi çərçivəsində ölkənin bütün regionlarında, bəzi kənd və qəsəbələrdə elektrik şəbəkələrinin yenilənməsi prosesi paralel şəkildə davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…