Operativ Məlumat Mərkəzi

"Putinin təcavüzkarlıq etməmək təklifi NATO-nu çaşdırdı"

2 dəq
Paylaş:
"Putinin təcavüzkarlıq etməmək təklifi NATO-nu çaşdırdı"
bu barədəÇinin “Baijiahao” portalı məlumat yayıb.Məqalədə bildirilir ki, Rusiya lideri gözlənilmədən “qarşılıqlı təcavüz etməmək” diplomatik kartından...

Prezidenti Vladimir Putin hücum etməmək ilə Şimali Atlantika Alyansını (NATO) çaşdırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədəÇinin “” portalı məlumat yayıb.

Məqalədə bildirilir ki, Rusiya lideri gözlənilmədən “qarşılıqlı təcavüz etməmək” diplomatik kartından istifadə edərək NATO-nu çətin seçim qarşısında qoyub. Müəlliflərin fikrincə, belə bir razılaşmanın hüquqi baxımdan möhkəmləndirilməsi blokun mövcud təməllərini sarsıda bilər, ondan imtina isə NATO-nun “Rusiya təhlükəsi” tezisini qorumaqda maraqlı olduğunu açıq şəkildə nümayiş etdirər.

Yazıda vurğulanır ki, Moskva bu təklifi irəli sürdükdən sonra NATO-nun qərargahından hər hansı rəsmi reaksiya verilməyib.

“Baijiahao” qeyd edir ki, əgər Şimali Atlantika Alyansı bu cür müqaviləni bağlamağa razılaşsa, iddia edilən “Rusiya təcavüzü” anlayışı yenidən qiymətləndiriləcək.

Məqalə müəlliflərinin qənaətinə görə, bu halda NATO-nun doğru daha da genişlənməsi və müdafiə xərclərinin artırılmasının zəruriliyi ciddi sual altına düşə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax