Operativ Məlumat Mərkəzi

Ötən ay Bakıda təcili yardıma günvurma ilə bağlı 53 müraciət qeydə alınıb

1 dəq
Paylaş:
Ötən ay Bakıda təcili yardıma günvurma ilə bağlı 53 müraciət qeydə alınıb

İyul ayı ərzində Təcili və Yardım Mərkəzinə Bakı şəhərindən günvurma ilə bağlı 53 nəfər (18-i qadın, 35-i kişi olmaqla) müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 28 tibb müəssisəsinə hospitalizasiya olunub, 21 nəfərə yerində tibbi yardım göstərilib: "Bakı şəhəri üzrə 4 nəfərin tibbi xidmətdən imtinası alınıb. Regionlar üzrə günvurma ilə bağlı isə Quba, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala və Zaqatala rayonlarından daxil olun müraciətlər üzrə 6 nəfər tibb müəssisələrinə hospitalizasiya olunub, 4 nəfərə isə yerində tibbi yardım göstərilib".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax