Operativ Məlumat Mərkəzi

“OBA”-dakı yanğında xəsarət alan şəxslərin son durumu açıqlanıb

1 dəq
Paylaş:
“OBA”-dakı yanğında xəsarət alan şəxslərin son durumu açıqlanıb

Bu gün saat 07:00 radələrində Xəzər rayonu, Binə südçülük sovxozu, “OBA” marketdə yanğın baş verməsi səbəbilə daxil olub.

TƏBİB-dən "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına təcili yardım briqadası cəlb olunub.

Qeyd olunub ki, təcili tibbi yardım briqadası 3 qadını müxtəlif dərəcəli xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə edib: "Xəsarət şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib. Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax