Operativ Məlumat Mərkəzi

Mətbuat Şurası: "Mediada “qara piar” tendensiyası yaşanmadı"

2 dəq
Paylaş:
Mətbuat Şurası: "Mediada “qara piar” tendensiyası yaşanmadı"

Ötən gün keçirilən ilə bağlı mediada “qara piar” tendensiyası və digər bu sayaq xoşagəlməz hallar yaşanmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şurasının seçkilərlə bağlı yaydığı yekun məlumatda qeyd olunub.

Bildirilib ki, seçkiqabağı dövrdə Mətbuat Şurasının monitorinq qrupu ölkənin müntəzəm yayımlanan media vasitələrinin materiallarını nəzərdən keçirib: "Monitorinqin nəticələri onu deməyə əsas verir ki, jurnalistikası seçki kampaniyası müddətində ədalətli rəqabət mühitinin formalaşmasına həssas yanaşıb, cəmiyyətin obyektiv informasiya almaq hüququnun gerçəkləşməsini təmin edib".

Vurğulanıb ki, seçkiləri həm təbliğat-təşviqat kampaniyası dövründə, həm də seçki günü medianın prosesi işıqlandırması, onun qanunauyğun fəaliyyətinin, bütövlükdə media azadlığının, informasiya əldə etmək hüququnun təminatı baxımından bütün standartlara və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun şəkildə keçirilib: "Ümumən, seçkilərin informasiya təminatı yüksək səviyyədə reallaşıb. Ən əsası, Azərbaycan mediası prosesin müxtəlif aspektlərinin təqdimatında yüksək peşəkarlıq nümayiş etdirib".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax