Operativ Məlumat Mərkəzi

İranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

1 dəq
Paylaş:
İranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

Bakının Rayon Polis İdarəsinin əməkdaşları iranlı narkotacirə edən sakini, məhkum olunmuş Sadiq Nəbiyevi saxlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxsdən külli miqdarda 3 kiloqram 105 qram olan marixuana aşkar edilib. O, marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti araşdırılan İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Araşdırmaların gedişi zamanı saxlanılan şəxsin iranlı narkotacirlə əlaqələri, onun dediyi ünvanlarda narkotik vasitələri yerləşdirməyi sübuta yetirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax