Operativ Məlumat Mərkəzi

İlham Əliyevin Kobaxidze ilə görüşü olub - YENİLƏNİB

2 dəq
Paylaş:
İlham Əliyevin Kobaxidze ilə görüşü olub - YENİLƏNİB

İlham Əliyev aprelin 11-də Antalyada Gürcüstanın İrakli Kobaxidze ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə Azərbaycanla Gürcüstan arasında dostluğun və strateji tərəfdaşlığın tarixi xarakter daşıdığı qeyd olundu.

Bu ilin yanvarında Azərbaycana işgüzar səfərini və səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayan Gürcüstanın Baş naziri həmin görüşlərdə iki ölkə arasında iqtisadi-ticari, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə, bununla bağlı aidiyyəti dövlət qurumlarına verilən tapşırıqların icrası istiqamətində görülən işlərə toxundu.

İrakli Kobaxidze Prezident İlham Əliyevin bir neçə gün əvvəl ADA Universitetində forumda çıxışı zamanı ikitərəfli əlaqələrə dair söylədiyi fikirlərin Gürcüstanda çox böyük maraqla qarşılandığını bildirdi.

Dövləti başçısı hazırda dünyada cərəyan edən təlatümlü şəraitdə və Gürcüstanın birliyinin, həmrəyliyinin vacibliyinə toxunaraq Cənubi Qafqaz bölgəsində regional məsələlərin məhz region ölkələri tərəfindən həll olunmasının vacibliyini qeyd etdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.

***

İlham Əliyevin aprelin 11-də Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax