Operativ Məlumat Mərkəzi

İlham Əliyev Ruanda Prezidentini təbrik edib

2 dəq
Paylaş:
İlham Əliyev Ruanda Prezidentini təbrik edib

İlham Əliyev Ruanda Respublikasının Prezidenti Pol Kaqameyə göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ruanda Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və xalqı adından səmimiyyətlə təbrik edirəm.

Azərbaycan ilə Ruanda arasında münasibətlərin dinamik inkişaf etməsi məmnunluq doğurur. Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycana həyata keçirdiyiniz səfər çərçivəsində Bakıda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri xoş təəssüratlarla xatırlayıram.

Bu gün Azərbaycan-Ruanda əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığının dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, dostluq münasibətlərimizin inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax