Operativ Məlumat Mərkəzi

İctimai şura üzvləri Ədliyyə Nazirliyinin qurumlarında olublar

2 dəq
Paylaş:
İctimai şura üzvləri Ədliyyə Nazirliyinin qurumlarında olublar

Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ədliyyə orqanlarının fəaliyyəti ilə yaxından tanış olmaq və nəzarətin səmərəliliyini artırmaq məqsədilə Nazirliyin , və Reyestr baş idarəsində (NQRBİ) və Məhkəmə Ekspertizası Mərkəzində (MEM) olublar.

Nazirliyin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, NQRBİ-də keçirilən görüşdə baş idarənin rəisi Elşad Məmmədli qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O, notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyri-kommersiya qurumlarının qeydiyyatı və reyestrinin aparılması istiqamətlərində görülən işlərdən danışıb. Bildirib ki, göstərilən xidmətlərin keyfiyyətinin artırılması, rəqəmsallaşma və şəffaflığın təmin olunması məqsədilə innovativ həllərin tətbiqi davam etdirilir.

Daha sonra İctimai şura üzvləri MEM-də olublar. Mərkəzin rəisi Elşən Albəndov qonaqlara müəssisədə həyata keçirilən müxtəlif növ ekspertizalar, tətbiq olunan müasir texnoloji imkanlar və təcrübəyə uyğun iş mexanizmləri barədə ətraflı məlumat verib. Görüş zamanı ekspertiza prosesi, istifadə olunan avadanlıqlar və elmi-metodik əsaslarla həyata keçirilən tədqiqat mərhələləri nümayiş etdirilib.

İctimai şura üzvləri hər iki qurumda şəffaflığın, innovasiyaların və vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib, fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini bildiriblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax