Operativ Məlumat Mərkəzi

Gəncədə qanunsuz küçə ticarətinə qarşı reyd -FOTO

2 dəq
Paylaş:
Gəncədə qanunsuz küçə ticarətinə qarşı reyd -FOTO

şəhər ərazisində qanunsuz küçə ticarəti ilə olanlara qarşı həyata keçirilən tədbirlər davam etdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə yaradılan “İşçi qrupları” tərəfindən pərakəndə hallarının geniş yayıldığı ərazilərdə reydlər keçirilir.

Aşkar edilmiş neqativ halların qarşısının alınması məqsədi ilə tədbirlər görülür.

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər Baş Polis İdarəsinin və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları bir neçə gün əvvəl şəhərin Nizami Gəncəvi prospektində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparıblar.

Aparılan izahedici söhbətlərə və edilən xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində ötən gün İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə uyğun olaraq protokollar tərtib edilib. Səki və yol kənarlarında qurulan pərakəndə ticarət obyektlərinin yığışdırılması təmin olunub.

Yığılan məhsullar qanunamüvafiq qaydada akt tərtib edilərək, aidiyyəti üzrə təhvil verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax