Operativ Məlumat Mərkəzi

DYP velosipedçilərə müraciət edib

2 dəq
Paylaş:
DYP velosipedçilərə müraciət edib

DİN-in Baş Dövlət İdarəsindən idarə edənlərə müraciət edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, müraciətdə deyilir:

"Ölkəmizdə sağlam həyat tərzinin təşviqi və ekoloji cəhətdən təmiz vasitəsi kimi velosipeddən istifadənin artması sevindirici haldır. Lakin unudulmamalıdır ki, velosipedçilər də yol hərəkətinin bərabərhüquqlu iştirakçılarıdır və müəyyən edilmiş qaydalara əməl etməyə borcludurlar.

Son vaxtlar müşahidələr göstərir ki, bəzi velosipedçilərin qaydalarını pozması nəticəsində xoşagəlməz hadisələr baş verir, bu isə onların xəsarət alması, bəzən isə həyatını itirməsi ilə nəticələnir.

Xatırladırıq ki, velosiped sürərkən əlləri sükandan telefonla danışmaq yolverilməzdir. İstiqaməti dəyişərkən və ya yolayrıcında dönərkən qəfil manevrlərə yol verilməməli, digər hərəkət iştirakçıları əvvəlcədən əl işarəsi ilə xəbərdar edilməlidir. Bundan başqa, xüsusi velosiped zolaqları olan yerlərdə yalnız həmin zolaqlardan, digər hallarda isə yolun sağ kənarından istifadə olunması vacibdir.

Unutmayın ki, yol hərəkəti qaydalarına riayət etmək – həyatınızı qorumağın ən etibarlı yoludur".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax