Özgür Özel Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Parlament Qrupunun sədri seçilib.
“Operativ Məlumat Mərkəzi-OMM” "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə partiyanın qərargahında keçirilən toplantıda seçki keçirilib.
Nəticədə Ö.Özel partiyanın Parlament Qrupunun sədri seçilib.
Qeyd edək ki, Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. O zaman partiyanın sədri seçilmiş Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna qaytarılıb.