Operativ Məlumat Mərkəzi

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

2 dəq
Paylaş:
Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

Cari ilin dövlət büdcəsində Prezidentinin fondu üçün 300,0 , dövlət büdcəsinin ehtiyat fondu üçün isə 110,0 milyon manat vəsait, cəmi 410,0 milyon manat vəsait nəzərdə tutulub. Bu ilin yanvar-mart aylarında dövlət büdcəsində ehtiyat fondlar üçün nəzərdə tutulmuş vəsaitdən müvafiq sərəncamlar əsasında 41,7 milyon manat (22,2 milyon manatı Azərbaycan Prezidentinin ehtiyat fondundan, 19,5 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan) ayrılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Maliyyə Nazirliyinin 2024-cü ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatına istinadən xəbər verir ki, həmin vəsaitin 14,5 milyon manatının maliyyələşməsi həyata keçirilib.

Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait ölkə ərazisində dini qurumlara maliyyə yardımının, Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri üçün istifadə olunub.

Dövlət büdcəsinin ehtiyat fondundan 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya sərgisində Azərbaycanın təmsil olunması ilə bağlı milli pavilyonun qurulması üçün tikinti işlərinin başlanılmasına, 0,9 milyon manatı isə digər tədbirlərin icrasına yönəldilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax