Operativ Məlumat Mərkəzi

Bu gün Aşuradır

2 dəq
Paylaş:
Bu gün Aşuradır

Bu gün Azərbaycanda günüdür.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, bu il ayının onuncu - Aşura günü iyulun 5-nə təsadüf edir.

QMİ-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Aşura günü ilə əlaqədar respublika ərazisində qanvermə aksiyaları olunub.

Vətəndaşlar paytaxt Bakıda “Təzə Pir”, “Əjdərbəy”, “Sahib-Əz-Zaman”, “Şah Abbas”, “Qaraçuxur”, “İmam ”, “İmam Rza” məscidlərində, “Bibiheybət” ziyarətgahında və “Mir Mövsüm Ağa” ziyarətgah kompleksində qan verə bilərlər.

Bölgələrdə isə Şuşa şəhər "Yuxarı Gövhər ağa", Ağdam şəhər "Cümə", Mingəçevir şəhər "Heydər", Sumqayıt şəhər "Cümə", Şəki şəhər "İmam Əli", Masallı şəhər "Cümə", Göyçay şəhər "Əbülfəzlil Abbas", Salyan şəhər Mərkəzi "Hacı Tağı", Naxçıvan şəhər “Heydər”, “Sarvanlar”, “Pirqəmiş” və Şirvan şəhər məscidlərində, Gəncə şəhər "İmamzadə" məscid ziyarətgah kompleksində, Bərdə şəhər "İmamzadə" məscid ziyarətgahında, Mərkəzi Qan Bankının Lənkəran və Quba bölmələrində, Masallı rayonunun Boradigah qəsəbə xəstəxanasında, Xaçmaz, Babək, Ordubad, Culfa, Şahbuz, Sədərək, Kəngərli, Şərur Rayon Mərkəzi xəstəxanalarında, Babək rayon Qahab, Cəhri, Nehrəm və Culfa rayon Bənəniyar kənd tibb məntəqələrində qanvermə aksiyaları təşkil edilib.

Qanvermə aksiyaları Aşura mərasiminin dərin mənəvi və humanist ruhunu əks etdirərək, insanlar arasında həmrəyliyin aşılanması, yardımlaşmanın önəmini təşviq etmək məqsədi daşıyır.

Aksiyalar zamanı toplanan qan hemofiliya və talassemiyadan, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, bu il Məhərrəm ayı iyunun 26-da başlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax