Operativ Məlumat Mərkəzi

Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən qaldırıcı qurğuların istismarı dayandırılıb

2 dəq
Paylaş:
Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən qaldırıcı qurğuların istismarı dayandırılıb

Bakının rayonlarında tələblərinə cavab qaldırıcı qurğuların istismarı dayandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları Bakının Yasamal və Nizami rayonlarının müxtəlif ünvanlarında “Akt ko LTD” MMC, “Rahatlığın Məkanı” MMC, “Karayev City” MTK və “Vesta Construction” MMC tərəfindən istismar olunan ümumilikdə 9 ədəd “Pionner” qaldırıcı qurğusuna baxış keçirib.

Baxış zamanı qaldırıcı qurğuların istismarında insan və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, qaldırıcı qurğuların istismarı zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi, o cümlədən texniki nəzarətin təşkili üçün cavabdeh şəxslərin təyin olunmadığı, qurğuların texniki sənədlərinin olmadığı və kustar üsulla hazırlandığı müəyyən edilib.

Aşkar edilmiş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq qaldırıcı qurğuların istismarı dayandırılıb, həmçinin cavabdeh şəxslərin iştirakı ilə aktlar tərtib edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax