Operativ Məlumat Mərkəzi

Azərbaycan Qoşulmama Hərəkatına yardım göstərməyə davam edəcək

2 dəq
Paylaş:
Azərbaycan Qoşulmama Hərəkatına yardım göstərməyə davam edəcək

COVID-19 pandemiyası dövründə kimi, Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və göstərməyə davam edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri martın 2-də İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib.

Zirvə görüşündə iki qlobal çağırışı bəyan edən Azərbaycan Prezidenti bildirib: “Bunlar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir. Məmnuniyyətlə elan edirəm ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır. İnanıram ki, Qoşulmama Hərəkatının üzvləri və ictimaiyyətin digər üzvləri Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək və bizə qoşularaq postpandemiya bərpası dövründə ehtiyacı olan ölkələrə dəstək verəcəklər”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax