Operativ Məlumat Mərkəzi

Azərbaycan boksçusu Paris-2024-ə lisenziya qazanıb

1 dəq
Paylaş:
Azərbaycan boksçusu Paris-2024-ə lisenziya qazanıb
Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına...

boksçusu Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, +92 kq çəki dərəcəsində çıxış edən dünya çempionatının mükafatçısı finala gedən yolda Nelvi Ram Tiafakla (Almaniya) qüvvəsini sınayıb.

Görüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Abdullayev rəqibini 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə məğlub edərək, şansını davam etdirib.

O, finala çıxmaqla -2024 Yay Olimpiya Oyunlarına lisenziyanı da rəsmiləşdirib. Bu, boksçularımızın Fransada təşkil olunacaq Olimpiadaya ikinci vəsiqəsi olub. Ondan öncə Murad Allahverdiyev (80 kq) bu uğura yiyələnib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax