Operativ Məlumat Mərkəzi

Azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə məskunlaşmış 185 ailə köçürülüb

2 dəq
Paylaş:
Azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə məskunlaşmış 185 ailə köçürülüb

Bu işğaldan azad ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti 185 ailə (664 nəfər) köçürülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq, Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri sürətlə davam edir:

“İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzildə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçürülür. Bu günədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış 185 ailə (664 nəfər) köçürülüb. Bildiririk ki, keçmiş məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax