Operativ Məlumat Mərkəzi

AYNA: Hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar məlumatlandırılıb

2 dəq
Paylaş:
AYNA: Hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar məlumatlandırılıb

Paytaxtda və Abşeron yarımadasında müşahidə edilən qeyri-sabit ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün məlumatlandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Səhər saatlarından bütün marşrutlar üzrə xətlərə avtobuslar buraxılıb.

AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur.

Yağıntılı və şəraitinin olmasına baxmayaraq avtobus sürücüləri vətəndaşlarımıza təhlükəsiz və fasiləsiz xidmət göstərir. Sürücülərə qapalı tunellər və keçidi mümkün olmayan ərazilər barədə məlumat verilib.

Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, qaydalarına riayət etmələri xahiş olunur.

Qeyd edək ki, bir neçə yolda hava şəraiti ilə əlaqədar məhdudiyyətlər tətbiq olunduğu üçün həmin ərazilərdən keçən bəzi avtobusların hərəkət sxemi dəyişdirilib. Bu haqda tezliklə daha ətraflı məlumat veriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax