Operativ Məlumat Mərkəzi

Avropa İttifaqı Ermənistan və Azərbaycana çağırış edib

2 dəq
Paylaş:
Avropa İttifaqı Ermənistan və Azərbaycana çağırış edib

"Avropa İttifaqı aprelin 12-də - sərhədinin Dığ kəndi ərazisində bir neçə erməni və azərbaycanlı hərbçinin həlak olması və ya yaralanması ilə nəticələnən silahlı toqquşmalardan təəssüflənir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər Avropa İttifaqının (Aİ) bəyanatında əksini tapıb.

"Əvvəlki öhdəliklərə, 2022-ci ilin oktyabrında Praqada əldə olunmuş öhdəliklərə, 1991-ci il Almatı Bəyannaməsinə əməl edilməlidir. Aİ həmçinin sərhədin delimitasiyası ilə bağlı danışıqların intensivləşdirilməsinə edir. Biz bu prosesi dəstəkləməyə hazırıq. Biz təmkinli olmağa və bütün mübahisələrin sülh yolu ilə həllinə çağırışlarımızı təkrarlayırıq. Aİ bu səyləri ən yüksək səviyyədə dəstəkləməyə davam edir", - bəyanatda bildirilib.

Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax