Əsas məzmuna keç

Ağcabədidə 20 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Ağcabədidə 20 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən 20 kiloqrama yaxın qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Xidmətinin Bərdə qrupundan bildirilib.

Məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Xaliq və İmran Qasımov saxlanılıb. X.Əsədovun yaşadığı ünvanda müvafiq qaydada aparılan axtarış zamanı 10 kiloqramdan artıq marixuana, İ.Qasımovun üzərindən heroin və marixuana bükümləri, evindən 8 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…