Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Zirə” “Şamaxı” ilə oyunda qələbəni əldən verib

2 dəq
Paylaş:
“Zirə” “Şamaxı” ilə oyunda qələbəni əldən verib

Futbol üzrə Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Zirə” öz meydanında “” ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 1:1.

Matçın ilk hissəsində hesab açılmayıb. Qonaqlar 59-cu dəqiqədə azlıqda qalıblar. Dieqo Balau birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 66-cı dəqiqədə “Zirə”nin müdafiəçisi Ruan Renato təyin olunan penaltidən yararlana bilməyib. Buna baxmayaraq, meydan sahibləri cəmi 3 dəqiqə sonra hesabı açıblar. Mikels fərqlənib. Matçda son nöqtəni isə 90+2-ci dəqiqədə Edqar Ədilxanov qoyub.

Bu nəticədən sonra xallarını 43-ə çatdıran “Zirə” 4-cü pillədə qərarlaşıb. “Şamaxı” isə 31 xalla 8-ci sırada qalıb.

Qeyd edək ki, XXVI turun əvvəlki oyunlarında "Qəbələ" "Kəpəz"ə 2:0, "Neftçi" "Sumqayıt"a 3:1, "" "Karvan-Yevlax" 7:0 hesabı ilə qalib gəlib, “İmişli” – “Turan Tovuz” oyununda isə heç-heçə alınıb – 1:1. Tura bu gün keçiriləcək “Araz-Naxçıvan” – “Sabah” matçı ilə yekun vurulacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax