İranın Məşhəd şəhərində narkotiklərlə mübarizə idarəsinin rəisi silahlı şəxslərin hücumu zamanı həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.
"Məşhəddə şəhərin narkotiklərlə mübarizə idarəsinin rəisi Cavad Keşavərz silahlı terrorçular tərəfindən öldürülüb", - məlumatda deyilir.