Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 07:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1 olub.
Zəlzələ ocağı 16 kilometr dərinlikdə yerləşib.