Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tovuzda 19 yaşlı qızı qaçıran 4 nəfər saxlanıldı

1 dəq
Paylaş:
Tovuzda 19 yaşlı qızı qaçıran 4 nəfər saxlanıldı

Tovuzda 19 qızı evlənmək məqsədilə qaçırmaqda şübhəli bilənən dörd nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin xidmətinin regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşları qızın yerini müəyyən edərək ailəsinə təhvil verib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri - 32 yaşlı Nemət , onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V.Tağıyeva saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə başlanaraq onlar cinayət məsuliyyətinə cəlb olunublar, istintaq araşdırmaları davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax