Əsas məzmuna keç

Dövlət əleyhinə çağırışlar edən şəxsə hökm oxundu

Dövlət əleyhinə çağırışlar edən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən yekun prosesdə prokuror çıxışı zamanı yəqsirləndirilənin 9 il 6 ay...

ru en

Dövlət əleyhinə açıq etməkdə təqsirləndirilən Cahid Kamal İsayevin üzrə məhkəmə prosesi yekunlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən yekun prosesdə prokuror çıxışı zamanı yəqsirləndirilənin 9 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Müşavirədən sonra hökm elan edilərək Cahid Kamal İsayev 8 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rusiya vətəndaşı olan və bu ölkədə yaşayan Cahid Kamal İsayev 2025-ci ilin noyabrında Türkiyəyə səyahət edərkən Dövlət Təhlükəsizliyi (DTX) tərəfindən saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

C. İsayev Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi), 281-1.2-ci ( Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiqi və ya zor hədəsi ilə salınması) maddələri ilə ittiham olunub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…