Metroda aparılan tikinti işi ilə əlaqədar sərnişinlərin hərəkət edə bilmədiyi istiqamətlər açıqlanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Belə ki, sərnişinlər aşağıdakı istiqamətlər üzrə hərəkət edə bilmir:
“Dərnəgül” stansiyasından “Həzi Aslanov” və “İçərişəhər”;
“Həzi Aslanov”dan “Dərnəgül”;
“İçərişəhər”dən isə “Dərnəgül” istiqamətində metro ilə səfər hələlik mümkün deyil.
Öz ritmində qalan istiqamətlər isə aşağıdakılardır:
“Həzi Aslanov - İçərişəhər”;
“Cəfər Cabbarlı - Xətai”;
Yaşıl xəttin “Memar Əcəmi” stansiyasından isə Bənövşəyi xəttə keçid etmək mümkündür.


