Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Avtomobil cərimə xərclərinə yeni qayda

2 dəq
Paylaş:
Avtomobil cərimə xərclərinə yeni qayda

vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin vasitəsinin sahibinə qaytarılması qaydası təsdiqlənib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı qərar imzalayıb.

Qaydaya əsasən, aşağıdakı hallarda ödəniş nəqliyyat vasitəsinin sahibinə qaytarılacaq:

- nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə;

- inzibati xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə.

Bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərinə əsasən qəbul edilən qərar barədə nəqliyyat vasitəsinin sahibinə məlumatın rəsmi çatdırıldığı gündən sonra nəqliyyat vasitəsinin duracaqda qaldığı müddət üçün hesablanan ödəniş geri qaytarılmır.

Ödənişin qaytarılması üçün sahib inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında protokol (elektron protokol) və (və ya) inzibati tənbeh tətbiq etmə barədə qərar (elektron qərar) qəbul etmiş orqana (vəzifəli şəxsə) bu qaydanın əlavəsində göstərilmiş formada ərizə ilə müraciət etməlidir.

Ərizə təqdim edilən orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.

Bu qayda ərazisində fəaliyyət göstərən bütün mühafizə olunan duracaqlara şamil edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax