Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mayın 20-dək yağış yağacaq: Xəbərdarlıq

1 dəq
Paylaş:
Mayın 20-dək yağış yağacaq: Xəbərdarlıq

Azərbaycanın rayonlarında may ayının ikinci ongünlüyünün sonunadək bəzi yerlərdə qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bildirilib ki, Bakıda və yarımadasında mayın 16-sı axşamdan 19-dək arabir yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, qısa müddətə güclənəcəyi, şimşək çaxacağı, düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində qeyri-sabit ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax