Bakıda, Abşeron yarımadasında və bölgələrdə fevralın 14-16-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti rəsmi məlumat yayıb.
Kəlbəcər, Goranboy, Daşkəsən, Naftalan, Bərdə, Qusar, Qobustan, Xızı və Mingəçevirdə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Bu ərazilərdə küləyin sürətinin 20.8-28.4 m/san-dək güclənəcəyi proqnozlaşdırılır.
Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa əsasən şimal-qərb küləyi müşahidə olunacaq. Küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.