Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Minimum əməkhaqqı hər il artırılacaq

2 dəq
Paylaş:
Minimum əməkhaqqı hər il artırılacaq

Parlamenti () ölkədə əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını nəzərdə tutan qanun layihəsini son oxunuşda qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Əmək Məcəlləsinə edilən bu mühüm dəyişiklik Milli Məclisin yaz sessiyasının plenar iclasında təsdiqlənib.

Qəbul edilən yeni qaydalara əsasən, minimum əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında mütəmadi olaraq yenilənəcək. Bu addım işçilərin minimum yaşayış səviyyəsini təmin etmək məqsədi daşıyır və Əmək Təşkilatı kimi qlobal qurumların sosial siyasət standartlarına uyğundur.

Dəyişikliyin əsas səbəblərindən biri beynəlxalq reytinqlərlə bağlıdır. Belə ki, Qrupunun "Business Ready" hesabatında minimum əməkhaqqının məcburi dövri yenilənməsinin qanunvericilikdə əksini tapmaması Azərbaycanın bal itirməsinə səbəb olan faktorlardan biri idi.

Bu məsələni həll etmək üçün 2025-ci il 19 fevral tarixində Baş nazirin müavini tərəfindən təsdiq edilmiş tədbirlər planı çərçivəsində müvafiq qanun layihəsi hazırlanıb. Layihənin qəbulu həm ölkədə sosial müdafiəni gücləndirəcək, həm də "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru üzrə ölkənin mövqeyini yaxşılaşdıracaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax