“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş” təsdiqlənib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.
Qeyd edək ki, saziş 2026-cı il yanvarın 15-də Cenevrə şəhərində imzalanıb.