Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək

2 dəq
Paylaş:
Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen gələn həftə Azərbaycana və Ermənistana səfər edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa Komissiyasının xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.

Məlumata görə, o, iyulun 1-də Bakıda olacaq, daha sonra isə İrəvana yola düşəcək.

Pinyo qeyd edib ki, Cənubi ölkələrinə səfər Avropa İttifaqının regionda tərəfdaşlığı möhkəmləndirmək istəyini nümayiş etdirmək və Azərbaycanla arasında davamlı sülhə nail olunmasında Aİ-nin dəstəyini ifadə etmək məqsədi daşıyır.

"Sülh, əlaqəliliyi və iqtisadi inteqrasiya bu səfərin əsas mövzuları olacaq. Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrinin inkişafına xüsusi diqqət yetiriləcək", - o bildirib.

Avropa mediası qarşıdan gələn səfəri "İpək Yolu ilə səyahət" kimi səciyyələndirib. Mənbələr regionda Yaxın Şərqdəki müharibə səbəbindən əhəmiyyəti daha da artan "nəqliyyat əlaqəliliyinin və güc balansının dəyişməsinin" müzakirə olunmasının planlaşdırıldığını bildirirlər.

Ursula fon der Lyayenin bir sıra mühüm bəyanatlarla çıxış edəcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax