Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ukrayna səfiri İlham Əliyevə təşəkkür edib

2 dəq
Paylaş:
Ukrayna səfiri İlham Əliyevə təşəkkür edib

Ukraynanın Bakıdakı səfiri Yuri Qusev həmrəyliyə və Ukraynanın bərpasına dəstək olaraq atılan konkret addımlara görə İlham Əliyevə və xalqına təşəkkür edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinə İrpen şəhərinin fəxri vətəndaşı vəsiqəsini təqdim etdiyi görüşün yekunları üzrə sosial şəbəkələrdə yazıb.

"Cənab Prezident, sizə və bütün Azərbaycana həmrəyliyə, Ukraynanın bərpası və dəstəklənməsi üçün konkret addımlara görə təşəkkür edirik", - diplomat qeyd edib.

Qusev vurğulayıb ki, İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" adının verilməsi haqqında qərar İrpen Şəhər Şurası tərəfindən 2026-cı il aprelin 30-da qəbul edilib. Bu, Azərbaycan Prezidentinin və xalqının Rusiya- müharibəsinin ilk günlərindən, eləcə də şəhərin işğaldan azad edilməsindən sonra İrpen icmasına göstərdiyi dəstəyə verdiyi töhfənin tanınması olub.

"Azərbaycan İrpenin bərpasında əsas tərəfdaşlardan birinə çevrilib. Azərbaycanın dəstəyi ilə İrpen "Linqvist" liseyi və məsləhət-diaqnostika poliklinikası artıq bərpa edilib", - Qusev qeyd edib.

Səfirin sözlərinə görə, qarşıda mənzil inşası, idman məktəbinin və Mərkəzi Mədəniyyət Evinin bərpası, eləcə də müasir incəsənət mərkəzinin yaradılması daxil olmaqla, yeni irimiqyaslı layihələrin həyata keçirilməsi durur.

O vurğulayıb ki, Prezident İlham Əliyevə qəhrəman şəhər İrpenin fəxri vətəndaşlığının verilməsi haqqında qərar, eyni zamanda, Ukrayna və Azərbaycan xalqları arasındakı dərin dostluğun simvoludur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax