“Turan Tovuz” futbolçusu və kapitanı Şəhriyar Əliyev ilə yollarını ayırıb.
Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, təcrübəli müdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Şəhriyar Əliyev 2022/2023-cü illər mövsümündən Tovuz klubunun şərəfini qoruyurdu.